Cəmiyyət

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - Video

24 Oct 2026, 14:34 5 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - Video
"Hərbi xronika"nın budəfəki buraxılışında Ermənistanın Çexiyadan almağa hazırlaşdığı yeni nəsil "L-39 Skyfox" təyyarələri, onların əvvəlki "L-39 Albatros" modelindən fərqləri və Ermənistanın hərbi aviasiya imkanlarına mümkün təsiri təhlil olunub. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın Çexiyaya səfəri zamanı bu ölkədə istehsal olunan yeni nəsil təyyarələrin tezliklə İrəvan tərəfindən satın alınacağı barədə paylaşımı media orqanları ilə yanaşı, sahə ekspertlərinin də diqqətini cəlb edib. Erməni nazirin bəhs etdiyi təyyarələrin 2026-cı ilin aprelində Çexiyanın Baş naziri Andrey Babişin Bakıya təklif etdiyi təyyarələrlə eyni model olması isə məsələnin daha bir maraqlı aspektidir. Qeyd edək ki, dörd ədəd "L-39 Skyfox" təyyarəsinin Ermənistan üçün sifariş edildiyi barədə məlumatlar hələ sentyabr ayında yayılmışdı. Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Çexiyanın "Aero Vodochody" müəssisəsinə səfəri zamanı "L-39 Skyfox" təyyarələri ilə tanış olması bu xəbərin əsasını təşkil edirdi. Lakin həmin vaxt sifarişçinin kimliyi açıqlanmadığından Papikyanın son paylaşımı məlumatın bir növ rəsmi təsdiqinə çevrilib.

Ekspertlərin fikrincə, məsələ yalnız təyyarələrin sayında deyil. Bu addım Ermənistanın köhnə sovet tipli aviasiya hazırlığından müasir rəqəmsal sistemlərə keçməyə, pilotların hazırlıq səviyyəsini yüksəltməyə və gələcək döyüş aviasiyası üçün kadr potensialını gücləndirməyə çalışdığını göstərir. Qeyd edək ki, Ermənistan indiyədək Azərbaycan kimi, təlim üçün əvvəlki nəsil "L-39 Albatros" təyyarələrindən istifadə edib. 1960-cı illərin sonunda Çexoslovakiyada hazırlanmış bu təyyarələr gələcək hərbi pilotlara reaktiv mühərrikli təyyarələri idarə etməyi, mürəkkəb uçuş rejimlərini mənimsəməyi və ilkin taktiki tapşırıqları yerinə yetirməyi öyrətmək üçün nəzərdə tutulub. Bəs "L-39 Skyfox" təyyarələri əvvəlki modeldən nə ilə fərqlənir və onların Ermənistan tərəfindən əldə edilməsi hansı məqsədlərə xidmət edir?
Mənbə oxu.az

Oxşar Xəbərlər