İdman

Azərbaycan ilk dəfə bu idman yarışına ev sahibliyi edəcək

23 Oct 2026, 19:46 2 baxış
Azərbaycan ilk dəfə bu idman yarışına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.


Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Axar.az-a verilən məlumata görə, yarış 2027-ci il fevralın 19-21-də Şahdağda təşkil olunacaq.


Üç gün davam edəcək turnirdə dörd ölkəni təmsil edən komandalar kubok uğrunda mübarizə aparacaqlar. İsveçrəni “Evviva”, Avstriyanı “Kitzbühel”, ABŞ-ni “Aspen” klubları, Azərbaycanı isə “Land of Fire” komandası təmsil edəcək.


Turnir çərçivəsində sürət, dəqiqlik və komanda ruhu ön planda olacaq. Atların gücü, oyunçuların ustalığı və qar üzərində gərgin mübarizə tamaşaçılara maraqlı anlar yaşadacaq. Şahdağın qış mənzərəsi fonunda keçiriləcək oyunlarda sürətli hücumlar və gözlənilməz dönüşlər idmansevərlərin diqqətini cəlb edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər