Siyasət
"İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özü imiş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. Oxu.Az xəbər verir ki, "İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özüdür. O, bununla bağlı təqdimetmə mərasimində danışıb: "Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam". Prezident İlham Əliyev öz növbəsində Xalq rəssamının fikirlərini təsdiqləyib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".
Mənbə
oxu.az