Digər

Yəhudi milyarder Netanyahunu tənqid etdi: Axmaqlıq…

23 Oct 2026, 15:52 2 baxış
Yəhudi milyarder Netanyahunu tənqid etdi: Axmaqlıq…

Dünya Yəhudi Konqresinin prezidenti, milyarder Ronald Lauder İsrailin Baş naziri Benyamin Netanyahunu açıq şəkildə tənqid edib.


Axar.az xəbər verir ki, Lauder bu barədə “Haaretz” nəşrinə müsahibəsində danışıb.


“30 il əvvəl Netanyahunun ölkənin maraqlarından çox, öz siyasi gələcəyini düşündüyünün şahidi olmuşam. İndi gec olmadan İsrail ictimaiyyəti ayılmalıdır.


Son bir il ərzində İsraillə əlaqələrimi kəsdim. Təl-Əvivdəki evimi satdım.


Atalarınız bu ölkə uğrunda vuruşublar, siz isə axmaqlıq ucbatından hər şeyinizi itirirsiniz”, - Lauder bildirib.


Qeyd edək ki, Lauder vaxtilə Netanyahunun ən yaxın tərəfdaşlarından biri olub.

Mənbə axar.az

Oxşar Xəbərlər