Cəmiyyət
Salyanda ağır qəza: Ölən və xəsarət alanlar var
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə
oxu.az