İdman

Arsen Venger Hövsan Yarış Kompleksində - Foto

23 Oct 2026, 14:54 1 baxış
Arsen Venger Hövsan Yarış Kompleksində - Foto

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Hövsan Yarış Kompleksində olub.


Axar.az Report-a istinadla xəbər verir ki, 77 yaşlı fransalı funksioner idman qurğusunda görülən işlərlə tanış olub.


Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında keçiriləcək.


Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.


Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.


Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Mənbə axar.az

Oxşar Xəbərlər