İqtisadiyyat

İqtisadi fəaliyyətin bir istiqamətinə əlavə 700 milyon manat ayrılacaq

23 Oct 2026, 14:00 3 baxış
İqtisadi fəaliyyətin bir istiqamətinə əlavə 700 milyon manat ayrılacaq
Azərbaycanda 2027-ci ildə iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə dövlət büdcəsindən 2 milyard 18 milyon 349 min 771 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 707 milyon 558 min 967 manat və ya təxminən 54 faiz çoxdur. Oxu.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin dövlət büdcəsinin müqayisəsindən məlum olur. 2026-cı ilin təsdiqlənmiş büdcəsində iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə 1 milyard 310 milyon 790 min 804 manat ayrılması nəzərdə tutulub. Beləliklə, gələn il bu istiqamətdə xərclərin 1.5 dəfədən çox artırılması proqnozlaşdırılır. Qeyd edək ki, büdcə təsnifatında iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər sahibkarlığın inkişafı, dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması, eləcə də digər iqtisadi tədbirlərlə əlaqəli istiqamətləri əhatə edir. Bununla belə, 2027-ci ilin büdcə layihəsində sözügedən vəsaitin konkret layihələr və tədbirlər üzrə bölgüsü açıqlanmır. Müqayisə göstərir ki, iqtisadi fəaliyyət bölməsinin əsas istiqamətləri arasında məbləğ baxımından ən böyük artım məhz "iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər" maddəsində nəzərdə tutulur. Bu istiqamətin iqtisadi fəaliyyət üzrə ümumi xərclərdə payının 2026-cı ildəki 16.7 faizdən 2027-ci ildə 22.7 faizə yüksəlməsi gözlənilir. Qeyd edək ki, 2027-ci ildə iqtisadi fəaliyyət sahəsi üzrə ümumi büdcə xərclərinin 8 milyard 907 milyon 333 min 777 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər