İdman

Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır - Foto

23 Oct 2026, 13:19 2 baxış
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır - Foto
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir. Oxu.Az xəbər verir ki, yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır. Çempionat çərçivəsində 1000-ə yaxın oyun təşkil olunacaq. Oyunların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində matçların yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.
{{gallery}}
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır - Foto Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır - Foto Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır - Foto Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər