İdman
"Beşiktaş" "Kristal Pelas"a qalib gələ bilmədi, "Milan" böyük hesabla məğlub oldu: Avropa Liqasında günün nəticələri - Video
UEFA Avropa Liqasının 2026/2027-ci illər mövsümünün ümumi mərhələsinin 3-cü turu çərçivəsində Türkiyənin "Beşiktaş" klubu öz meydanında İngiltərənin "Kristal Pelas" komandasını qəbul edib. Oxu.Az xəbər verir ki, İstanbulun "Tüpraş" stadionunda keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Matçda hesabı ilk hissəyə əlavə olunmuş dəqiqələrdə meydan sahiblərinin yarımmüdafiəçisi Oninyen Ndidi açıb. Lakin ikinci hissənin əvvəlində qonaqların hücumçusu Yeremi Pino tarazlığı bərpa edib. 55-ci dəqiqədə fransalı forvard Jan-Filipp Mateta "Kristal Pelas"ı önə çıxarıb.
"Beşiktaş"ın cavab qolu 73-cü dəqiqədə gəlib - yarımmüdafiəçi Junior Olaitan hesabı bərabərləşdirib. Qarşılaşmanın 78-ci dəqiqəsində müdafiəçi Ümit Akdağ birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub və "Beşiktaş" oyunu 10 nəfərlə başa vurub. Turun digər oyununda "Bornmut" "Milan" üzərində inamlı qələbə qazanıb - 3:0. 8-ci dəqiqədə "Bornmut"un yarımmüdafiəçisi Castin Klüyvert 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Qarşılaşmanın 28-ci dəqiqəsində "Milan"ın fransalı qapıçısı Mayk Menyan rəqibə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Azlıqda qalan qonaqların qapısına 32-ci dəqiqədə növbəti penalti təyin olunub. Bu dəfə yarımmüdafiəçi Markus Tavernyer şansını qaçırmayaraq fərqi ikiyə çatdırıb.
84-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Amin Adli "Milan"ın qapısına üçüncü qolu vuraraq görüşdə son nöqtəni qoyub. Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: "Ararat" (Ermənistan) - "AZ Alkmaar" (Niderland) - 0:4; "Ferentsvaroş" (Macarıstan) - "Torreense" (Portuqaliya) - 4:1; "Dinamo Zaqreb" (Xorvatiya) - NEK (Niderland) - 2:4; "Yuventus" (İtaliya) - "Renn" (Fransa) - 2:2; "Lex" (Polşa) - "Sanderlend" (İngiltərə) - 1:1; OFI (Yunanıstan) - "Bayer Leverkuzen" (Almaniya) - 0:2; "Union Sent-Jilluaz" (Belçika) - "Hapoel Beer-Şeva" (İsrail) - 4:0; "Şturm Qrats" (Avstriya) - "Marsel" (Fransa) - 1:0; "Seltik" (Şotlandiya) - "Selta Viqo" (İspaniya) - 1:2; "Viktoriya Plzen" (Çexiya) - "Levski Sofiya" (Bolqarıstan) - 1:2; "Yagelloniya" (Polşa) - "Anderlext" (Belçika) - 0:3; "Lilleström" (Norveç) - "Real Sosyedad" (İspaniya) - 0:6; "Selye" (Sloveniya) - "Zalsburq" (Avstriya) - 2:2; "Olimpiakos" (Yunanıstan) - "Sparta Praqa" (Çexiya) - 1:0; "Omoniya" (Kipr) - "Benfika" (Portuqaliya) - 1:4; "Hoffenhaym" (Almaniya) - "Lion" (Fransa) - 3:0.

Mənbə
oxu.az