Dünya
Tramp: "Ukraynanın "Starshield"ə çıxışı bərpa edilib"
ABŞ Prezidenti Donald Tramp "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna üçün "Starlink" peyk sisteminin hərbi versiyası olan "Starshield"ə çıxışı bərpa etdiyini bəyan edib. Oxu.Az RBC-ya istinadən xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. Bununla belə, Tramp bu məsələ ilə bağlı Maskla şəxsən telefonla danışıb-danışmadığını dəqiqləşdirməkdən imtina edib: "Mən bunu şərh etmək istəmirəm. Bilirsiniz, mən və ya başqa birisi zəng edib - bunun heç bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, ən əsası odur ki, o, çıxışı bərpa edib", - deyə ABŞ prezidenti vurğulayıb.
Mənbə
oxu.az