Cəmiyyət

Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200-dən çox sakin evini tərk edib - Video

23 Oct 2026, 01:48 4 baxış
Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200-dən çox sakin evini tərk edib - Video
Abşeron rayonu, Masazır qəsəbəsi, Asif Həsənov küçəsində yerləşən Qır gölünün daşması ərazidə yaşayan sakinlər üçün ciddi problemə çevrilib. Gölün ətrafında və bir hissəsində tikilən evlər yağışlı havalarda su altında qalır. Sakinlərin sözlərinə görə, ötən ilin mart ayında yağan yağışlardan sonra ərazini su basıb, 200-dən çox sakin kirayə mənzillərə köçmək məcburiyyətində qalıb. Onlar bildirirlər ki, evlərin bir çoxunun çıxarışı olsa da, gölün ərazisində tikintiyə kimin icazə verdiyi məlum deyil.

Sakinlərdən biri qeyd edib ki, təxminən 10 il əvvəl evini tikəndə ərazi quru olub, lakin sonradan suyun səviyyəsi yüksələrək yaşayış sahələrini təhlükə altında qoyub. Ərazidə suyun çəkilməsi üçün quraşdırılan nasosun hazırda işləmədiyi də bildirilir. Məsələ ilə bağlı aidiyyəti qurumun nümayəndəsi bildirib ki, gölün yaşayış olan hissəsində bəndlər qurulub, ərazidə subasma hallarının qarşısının alınması üçün nasoslar quraşdırılıb və əlavə nasosların quraşdırılması da nəzərdə tutulur. Onun sözlərinə görə, gölün daşmasına normadan artıq yağıntı səbəb olub. Ərazidə əvvəllər tikintiyə kimin icazə verdiyi ilə bağlı isə nümayəndə məlumat verə bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər