İdman

"Yuventus" öz meydanında "Renn"ə qalib gələ bilmədi - Video

22 Oct 2026, 22:56 3 baxış
"Yuventus" öz meydanında "Renn"ə qalib gələ bilmədi - Video
UEFA Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsinin 3-cü turu çərçivəsində İtaliyanın "Yuventus" klubu öz meydanında Fransanın "Renn" komandasını qəbul edib. Oxu.Az xəbər verir ki, gərgin keçən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Matçda hesab artıq 5-ci dəqiqədə açılıb. Turin klubunun müdafiəçisi Zeki Çelik komandasını önə keçirib. Lakin 10 dəqiqə sonra Musa Tamari "Renn"in cavab qolunu vuraraq tarazlığı bərpa edib. 40-cı dəqiqədə Bulaye Dia penaltini dəqiq yerinə yetirərək fransızları önə çıxarıb. "Yuventus" yalnız 67-ci dəqiqədə hesabda bərabərlik yarada bilib - Nik Voltemade penalti zərbəsini dəqiq yerinə yetirərək matçda son nöqtəni qoyub.
Mənbə oxu.az

Oxşar Xəbərlər