Cəmiyyət

Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı

22 Oct 2026, 22:53 2 baxış
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı

8 il əvvəl – 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.


Axar.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub.


Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Yusif adı qoyulan uşaqların sayı 1 100, 2026-cı ildə isə 537 olub. Zəhra adı qoyulan qız uşaqlarının sayı 2025-ci ildə 1 066, 2026-cı ildə isə 587-ə düşüb.


2018-ci ildə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:


Zəhra – 2 511


Yusif – 2 505


Əli – 2 128


Hüseyn – 1 926


Nuray – 1 700


Aylin – 1 606


Zeynəb – 1 600


Uğur – 1 597


Məryəm – 1 594


Ömər – 1 568


2025-ci ildə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:


Uğur – 1 721


Raul – 1 301


Melisa – 1 200


Hüseyn – 1 164


Əli – 1 151


Zeynəb – 1 129


Məryəm – 1 127


Nilay – 1 112


Yusif – 1 100


Aylin – 1 095


Bu ilin əvvəlindən ötən dövr ərzində isə uşaqlara ən çox qoyulan adlar aşağıdakı kimi olub:


Uğur – 1 034


Raul – 778


Melisa – 749


İnci – 714


Alisa – 687


Miran – 682


Məryam – 667


Hüseyn – 662


Əli – 658


Nilay – 655

Mənbə axar.az

Oxşar Xəbərlər