Dünya

Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal - Foto

22 Oct 2026, 19:06 2 baxış
Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal - Foto
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüş zamanı "şparqalka"dan istifadə edib. Oxu.Az bu barədə "Politika Stranı" "Telegram" kanalına istinadən xəbər verir. Jurnalistlər Uitkoffun əlində tutduğu əlyazma qeydlərin fotosunu çəkməyə müvəffəq olublar. Qeydlərin birinci bəndində "Çox sağ olun" sözü yer alıb. İkinci bənddə isə "Kuşner və Z. ilə görüşdüm. Dünən irəliləyiş hiss etdim" ifadəsi yazılıb.
Bundan əlavə, qeydlərdə "uğuru inkişaf etdirmək lazımdır", "üçtərəfli görüş" və "sövdələşmə" kimi açar sözləri oxumaq mümkün olub. Xatırladaq ki, oktyabrın 21-də Putin və Uitkoff arasında Sankt-Peterburqda danışıqlar keçirilib. Görüşə ABŞ tərəfindən danışıqlar aparan Cared Kuşner də onlayn formatda qoşulub. Müzakirələrin yekununda Uitkoff Rusiya lideri ilə görüşün konstruktiv mühitdə keçdiyini bəyan edib.
Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal - Foto Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər