Kriminal

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

22 Oct 2026, 23:38 2 baxış
3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.


Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Pirətəvana gedən yolda qeydə alınıb.


İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R.Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.


Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər