Kriminal
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Neftçala rayonunda bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə
oxu.az