Kriminal
Bakıda binada uçqun
Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində uçqun baş verib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb". Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə
oxu.az