İdman
"Real Madrid" "Qızıl top"la bağlı mövqeyini dəyişdi
"Real Madrid" klubu "Qızıl top" mükafatının təqdimat mərasiminə geniş tərkibli nümayəndə heyəti göndərməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Məlumata görə, İspaniya təmsilçisi mərasimdə iştirak etmədiyi ikiillik müddətdən sonra bu tədbirə yanaşmasını dəyişmək qərarına gəlib. Qeyd olunur ki, Madrid klubunun bir neçə oyunçusu tədbirdə iştirak edəcək. "Kral Klubu" tərəfindən əsas fərdi mükafata namizədlər siyahısında Kilian Mbappe, Vinisius Junior, Cud Bellinqem və Mark Kukurelyanın adları yer alır. Xatırladaq ki, 2024-cü ildə Rodrinin Vinisiusu qabaqlayaraq qalib gəldiyi məlum olduqdan sonra, Madrid klubu son anda mərasimə getməkdən imtina etmişdi. Bir il sonra isə "Real" tədbiri yenidən, demək olar ki, tamamilə boykot etmişdi. Həmin vaxt klubu təmsil edən yeganə şəxs qadın futbolçu Karolin Uir olmuşdu. Qeyd edək ki, mükafatlandırma mərasimi oktyabrın 26-da, "Real Madrid"lə "Barselona"nın qarşılaşacağı "El-Klasiko"dan bir gün sonra baş tutacaq.
Mənbə
oxu.az