İdman
U-15 dünya çempionatı: Azərbaycan millisinin açıq məşqi keçirilib - Foto
Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalından əvvəl Azərbaycan yığmasının açıq məşqi təşkil olunub. Oxu.Az xəbər verir ki, hazırlıq prosesi Hövsan Yarış Kompleksində gerçəkləşib. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək. Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az