Dünya

ABŞ niyə Yaxın Şərqdəki hərbi personalını təcili təxliyə edir?

22 Oct 2026, 13:18 1 baxış
ABŞ niyə Yaxın Şərqdəki hərbi personalını təcili təxliyə edir?
Amerika Birləşmiş Ştatları Qətər, Küveyt və İordaniyadakı hərbi bazalarından öz şəxsi heyətini təcili şəkildə təxliyə edir. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" mənbəyə istinadən məlumat yayıb. "Son günlər ərzində ABŞ silahlı qüvvələri Yaxın Şərq regionundakı bazalarında hərbi iştirakını mərhələli şəkildə azaldır. Dövlət Departamenti isə bölgədəki diplomatik nümayəndəliklərin işçi heyətinin daha da ixtisar olunması barədə göstəriş verib", - deyə məqalədə bildirilir. Telekanalın məlumatına əsasən, ABŞ, eyni zamanda, Səudiyyə Ərəbistanındakı diplomatlarını da təxliyə edir. NBC-nin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər