Cəmiyyət

Xocalı və Ağdərəyə növbəti köç yola salındı

22 Oct 2026, 14:25 2 baxış
Xocalı və Ağdərəyə növbəti köç yola salındı

Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç yola salınıb.


Axar.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) köçürülüb.


Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər