Cəmiyyət

Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı

22 Oct 2026, 12:50 2 baxış
Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı
Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib. O, bir nəfərə görə, hamının yolda qalacağını deyib. Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər