İdman
FIFA: "Azərbaycan U-15 Dünya Çempionatı və Festivalına hazırdır" - Video
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Azərbaycanın FIFA U-15 Dünya Çempionatı və Festivalına hazır olduğunu açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi "Facebook" səhifəsində paylaşım edilib. Bildirilib ki, AFFA cəmi 66 gün ərzində boş ərazini 20 futbol meydançasına çevirib. Turnirə hazırlıq çərçivəsində gecə-gündüz işlər görülüb və nəhayət bütün hazırlıqlar başa çatıb.
Mənbə
oxu.az