Siyasət

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

22 Oct 2026, 00:53 1 baxış
Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
Ümummilli lider Heydər Əliyevin mətbuat katibi Qahirə Hüseynova yüksək vəzifəyə təyin olunub. Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsi Qahirə Hüseynovaya həvalə edilib. Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub. Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Anar Tağıyev
Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
Mənbə oxu.az

Oxşar Xəbərlər