İdman
"Bavariya" evdə "Arsenal"la bacarmadı: Çempionlar Liqasında günün nəticələri - Video
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində III tura yekun vurulub. Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə mərkəzi qarşılaşma "Bavariya" və "Arsenal" komandaları arasında baş tutub. Münhen şəhərində keçirilən oyun qollu heç-heçə ilə yekunlaşıb.
25-ci dəqiqədə londonluların yarımmüdafiəçisi Ebereçi Eze dəqiq zərbə ilə hesabı açaraq komandasını hesabda önə çıxarıb. Münhen klubunun müdafiəçisi Alfons Devis 10 dəqiqə sonra tarazlığı bərpa edib. 61-ci dəqiqədə "Bavariya"nın hücumçusu Harri Keyn penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. Əsas vaxtın bitməsinə 8 dəqiqə qalmış londonluların yarımmüdafiəçisi Deklan Rays səhnəyə çıxaraq matçda son nöqtəni qoyub və komandasını məğlubiyyətdən xilas edib - 2:2. Çempionlar Liqasında günün digər nəticələrini təqdim edirik:
"Komo" - "Mançester Yunayted" - 4:1; "Lill" - "Qalatasaray" - 2:4; "Aston Villa" - "Vikinq" - 3:1; "Real Betis" - "Feyenoord" - 1:0; "Brügge" - "Lans" - 3:0; "İnter" - "Şaxtyor Donetsk" - 1:0; "Real Madrid" - "Leypziq" - 4:1; "Sportinq" - LASK - 2:3.

Mənbə
oxu.az