İdman

“Borussiya” azarkeşlərindən Bakıda maraqlı pankart - Foto

21 Oct 2026, 11:18 2 baxış
“Borussiya” azarkeşlərindən Bakıda maraqlı pankart - Foto

Dortmund “Borussiya”sının azarkeşləri komandalarını dəstəkləmək üçün Almaniyadan Bakıya təxminən 3450 kilometr yol qət ediblər.


Axar.az Qol.az-a istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasında “Sabah”la oyun üçün paytaxtımıza gələn təxminən 1800 alman azarkeş Bakı Olimpiya Stadionunun tribunalarında diqqətçəkən pankart açıblar.


Sarı-qara rənglərlə bəzədilən tribunada nümayiş etdirilən pankartda bu sözlər yazılıb:


“Yol bizi hətta Xəzər dənizinə qədər aparsa belə, sənin üçün bu yolu qət etməyə dəyər”.


Bununla Dortmund klubunun tərəfdarları komandalarına olan sevgilərini və sədaqətlərini ifadə ediblər.


Xatırladaq ki, “Borussiya” oyunda 2:1 hesabı ilə qələbə qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər