Tramp Putindən onu azadlığa buraxmasını xahiş etdi
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə məhkum edilmiş 72 yaşlı amerikalı Stiven Habbardın azadlığa buraxılmasını xahiş edib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Mən Prezident Putinlə Habbard haqqında danışdım. Onunla ətraflı danışdım və azad etməsini xahiş etdim. Görək nə olacaq. Onun geri qayıtmasını görmək istərdim. Cənab Habbardın ABŞ-a geri qaytarılmasının vaxtıdır", - deyə Amerika lideri əlavə edib.
Qeyd edək ki, ABŞ vətəndaşı Stiven Habbard Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirli bilinib. 7 oktyabr 2024-cü ildə Moskva Şəhər Məhkəməsi Habbardı ümumi rejimli cəza müəssisəsində 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.