Digər

Şahzadə Harri ailəsi ilə barışmaq istəyir

21 Oct 2026, 00:50 1 baxış
Şahzadə Harri ailəsi ilə barışmaq istəyir

Böyük Britaniya Şahzadəsi Harri atası Kral III Çarlz və qardaşı Şahzadə Uilyamla münasibətlərini bərpa etmək istədiyini bildirib.


Axar.az xəbər verir ki, Şahzadə Harri bu barədə Nyu-Yorkda “GQ” jurnalına verdiyi müsahibədə danışıb.


“Bəzi insanlar münasibətlərin düzəlməsini istəmir. Amma mən bunun baş verməsini istəyirəm. Dünyada baş verən bütün hadisələri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır. Əsas məqam da budur”, – deyə o vurğulayıb.


Harri keçmişdə yaşanan inciklikləri geridə qoymağın vacibliyinə də toxunub.


“Yaralar həmişəlik qalır. Amma baş verənlərə necə yanaşmağınız, onları necə qəbul etməyiniz və keçmişi geridə qoymağınız önəmlidir. Mən hər kəsi buna təşviq edərdim”, – deyə Şahzadə bildirib.


Qeyd edək ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə kral ailəsinin rəsmi üzvləri kimi vəzifələrindən imtina edərək ABŞ-yə köçüblər. Bu qərardan sonra Harrinin atası və qardaşı ilə münasibətləri gərginləşib. Ötən həftə Harri və Meqan Böyük Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər