Cəmiyyət

Sabah paytaxtın bir neçə ərazisində işıq olmayacaq - Siyahı

20 Oct 2026, 23:52 2 baxış
Sabah paytaxtın bir neçə ərazisində işıq olmayacaq - Siyahı
Sabah Bakının Yasamal, Nizami və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, eləcə də enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində təmir işləri aparılacaq. Yasamal rayonunda transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Nizami rayonunda rele mühafizəsi və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsində, eləcə də Babək və Qara Qarayev prospektlərinin bəzi hissələrində saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Binəqədi rayonunda transformator məntəqəsində aparılacaq təmir və yoxlama işləri ilə əlaqədar 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra hissələrində saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Qeyd olunub ki, görüləcək işlər elektrik enerjisinin verilişinin keyfiyyətinin yaxşılaşdırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər