İdman

Dambrauskas: Futbolçularımla fəxr edirəm...

20 Oct 2026, 23:41 3 baxış
Dambrauskas: Futbolçularımla fəxr edirəm...

Futbolçularımla fəxr edirəm.


Axar.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.


"Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Bəzən yaxşı futbol oynaya bilərsən, lakin rəqibin gücündən çox şey asılıdır. Matç ərzində çox yaxşı qol vəziyyətləri yaratdıq, hücumda yaxşı çıxış etdik. Təəssüf ki, son nəticədə bacarmadıq. Futbolçularımla fəxr edirəm. Onlar çox gözəl oyun nümayiş etdirdilər", - o vurğulayıb.


Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər