Digər
Trampın xüsusi nümayəndəsi sabah Rusiyaya gəlir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Osloda Ukrayna təmsilçiləri ilə danışıqlardan sonra oktyabrın 21-də Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe məlumat verib.
Uitkoffun Rusiyaya səfər planlarını TASS agentliyinin mənbəyi də təsdiqləyib. Görüşün Sankt-Peterburqda keçirilib-keçirilməyəcəyi məlum deyil.
Qeyd edək ki, Uitkoff və Kuşner bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüblər.
Mənbə
axar.az