Cəmiyyət

Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

20 Oct 2026, 21:58 2 baxış
Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.


Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər