Mədəniyyət
Bakıda rəssam Kamilla Muradovanın "Ovsunlanmış meşə" adlı fərdi sərgisi açılacaq - Foto
Bakıdakı "Nine Senses Art Center"in şəhər filialında azərbaycanlı rəssam Kamilla Muradovanın "Ovsunlanmış meşə" adlı fərdi sərgisi təşkil olunacaq. Tədbir 22 oktyabr - 30 noyabr tarixləri arasında baş tutacaq. Bu sərgi irimiqyaslı "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində həyata keçirilir. Oxu.Az xəbər verir ki, sözügedən layihə təbiət, kollektiv yaddaş və insan bədəni arasındakı əlaqənin vizual-fəlsəfi tədqiqatıdır. Əsərlər seriyasının yaradılması üçün əsas ilham mənbəyi Şuşadakı qədim tut bağı olub. Buradakı çoxəsrlik ağaclar sadəcə təbiət mənzərəsinin bir hissəsi deyil, tarixin canlı şahidləri, zamanın səssiz arxivləri və regionun mədəni yaddaşının daşıyıcıları kimi çıxış edir. Kamilla Muradovanın bədii araşdırmasının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. Rəssam təbii formalarla insan bədəni arasında paralellər aparır: ağac qabığının fakturası dərini xatırladır, budaqlar qan damar sistemi ilə əlaqələndirilir, illik halqalar isə yaşanmış dəyişikliklərin, travmaların və yenidən doğuşun xatirəsinin özünəməxsus təcəssümünə çevrilir. Sərginin əsas materiallarından biri kömürdür. Odun təsiri altında oduncaqdan yaranan bu maddə materiyanın transformasiyası yaddaşını özündə qoruyub saxlayır. Uzunluğu üç metrə çatan nəhəng qrafika əsərləri və rəsm tablolaları müəyyən bir mənzərənin dəqiq surətini yaratmağa çalışmır. Bunun əvəzinə onlar ekoloji həssaslıq və insanın ətraf mühitlə qırılmaz əlaqəsi haqqında düşünmək və müşahidə aparmaq üçün xüsusi bir məkan formalaşdırır. "Ovsunlanmış meşə" sərgisi "Sense the Future NOW" festival proqramının konseptual xəttini davam etdirir. Keçmişə müraciət, mədəni yaddaşın öyrənilməsi və təbii irsə diqqətlə yanaşma vasitəsilə sərgi izləyiciləri gələcəyin necə ola biləcəyi, eləcə də onun formalaşmasında insan və təbiətin hansı rolu oynadığı barədə düşünməyə dəvət edir. Sərginin kuratoru - Natalya Jukovadır.
{{gallery}} Rəssam haqqında Kamilla Muradova 1978-ci ildə Bakıda anadan olub. Onun fərdi sərgiləri sırasına 2025-ci ildə Bakıda "Nine Senses Art Centre"də keçirilmiş "Roads of Karabakh" və 2024-cü ildə "QGallery"də təqdim edilmiş "DNA of War" daxildir. Muradova həmçinin çoxsaylı qrup sərgilərində və beynəlxalq mədəniyyət layihələrində iştirak edib. 2025-2026-cı illərdə "Mama Mothernature" layihəsi çərçivəsində onun əsərləri Roma, London, Madrid, Tirana, Berlin, Tbilisi və Bakıda nümayiş etdirilib. Rəssamın digər layihələri arasında YARAT Müasir İncəsənət Məkanında "Checked, No Mines" (2023), Bakı Muzey Mərkəzində "Rhythm Games" (2025), eləcə də 2021-ci ildə Beynəlxalq "Xarıbülbül" Festivalında və Şuşa Dövlət Rəsm Qalereyasındakı qrup sərgisində iştirakı yer alır. 2018-2023-cü illərdə Kamilla Muradova "Arts Council Azerbaijan" tərəfindən təşkil olunmuş ikiillik emalatxanaların və ictimai incəsənət təşəbbüslərinin iştirakçısı olub. Onun əsərləri səfirlik iqamətgahlarında, şəhər məkanlarında və müxtəlif mədəniyyət müəssisələrində nümayiş etdirilib. Ziyarətçilər üçün məlumat Sərgi: Kamilla Muradova. "Ovsunlanmış meşə" Tarixlər: 22 oktyabr - 30 noyabr 2026-cı il Açılış vaxtı: 19:00 Məkan: "Nine Senses Art Center", şəhər filialı, Bakı, Azərbaycan Kurator: Natalya Jukova Əlaqə: +994 70 211 12 34 (Ənvər, "Nine Senses Art Center"in koordinatoru)

Mənbə
oxu.az