Mədəniyyət
Həftə ərzində Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Oxu.Az oktyabrın 20-dən 25-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Oktyabrın 22-də saat 19:00-da Kamal Abdullanın "Sehrbazlar dərəsi" tamaşası səhnəyə qoyulacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Oktyabrın 23-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Oktyabrın 24-də saat isə 19:00-da Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqında olan "Ah, bu uzun sevda yolu" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur. Biletlərin qiyməti: 10-20 manat.
Oktyabrın 25-də saat 19:00-da "LƏNG: Zamanla yarışan insan" tamaşası nəzərdə tutulub. Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur. Biletlərin qiyməti: 10-25 manat.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT): Oktyabrın 23-də saat 19:00-da "Biganə məşuq" tamaşası nümayiş olunacaq. Biletlərin qiyməti 10 manat.
Oktyabrın 24-də saat 19:00-da "Pullu komediya" tamaşasının premyerası keçiriləcək. Quruluşçu rejissor Əməkdar artist Nicat Mir Kazımovdur. Biletlərin qiyməti: 10-15 manat.
Oktyabrın 25-də saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur. Biletlərin qiyməti 10-15 manatdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında: Oktyabrın 22-də saat 19:00-da böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında hazırlanan "Paris Notr-Dama ithaf" tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru və librettonun müəllifi Samir Qulamovdur. Biletlərin qiyməti 10-20 manatdır.
Oktyabrın 25-də saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 8-15 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Oktyabrın 21-də saat 19:00-da "Elçilik" tamaşası nümayiş etdiriləcək. Biletlərin qiyməti 5-15 manatdır.
Oktyabrın 24-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək. Quruluşçu rejissor Mikayıl Mikayılovdur. Biletlərin qiyməti: 5-15 manat.
Oktyabrın 25-də saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 5-15 manat.
Heydər Əliyev Sarayı: Oktyabrın 24, 25 və 27-də saat 19:00-da Cakomo Puççininin 3 pərdəli "Turandot" operası səhnələşdiriləcək. Quruluşçu rejissor Mikayıl Mikayılov, dirijor Əməkdar artist Əyyub Quliyevdir. Biletlərin qiyməti: 20-60 manat.

Mənbə
oxu.az