Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oct 2026, 17:23 2 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 24-25 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.


Bu barədə Axar.az-a ADY-dən məlumat verilib.


Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.


Həmin günlər qatar Bakıdan Ağstafaya saat 08:30-da, əks istiqamətdə isə saat 17:15-də hərəkət edəcək.


"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər