İdman

"Borussiya Dortmund" Bakıya səfəröncəsi problemlə üzləşib

20 Oct 2026, 13:16 1 baxış
"Borussiya Dortmund" Bakıya səfəröncəsi problemlə üzləşib
"Borussiya Dortmund" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Sabah"la oyun üçün Bakıya səfər edərkən çətinliklə üzləşib. Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Məlumata görə, səfər günü səhər komandanı daşıyacaq təyyarənin bütün baqajla birlikdə normadan artıq ağır olacağı üzə çıxıb. Bu səbəbdən klub son anda planını dəyişməli olub. Baqajın bir hissəsi sponsorların və jurnalistlərin də olduğu daha erkən reyslə göndərilib. Əks halda təyyarə yanacaq doldurmaq üçün yolun yarısında aralıq eniş etməli olacaqdı. Qeyd edək ki, "Sabah" - "Borussiya Dortmund" qarşılaşması bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər