Cəmiyyət

Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq

20 Oct 2026, 14:47 4 baxış
Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq
Oktyabrın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkə ərazisində ayrı-ayrı rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər