İdman

Joze Mourinyunun "Real Madrid"dəki gələcəyi sual altına düşüb

20 Oct 2026, 14:40 3 baxış
Joze Mourinyunun "Real Madrid"dəki gələcəyi sual altına düşüb
Joze Mourinyunun "Real Madrid" klubundakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. Oxu.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi komandanın çıxışından və baş məşqçinin fəaliyyətindən narazıdır. Yay transferləri zamanı heyətin gücləndirilməsinə böyük vəsait xərclənsə də, gözlənilən inkişafın əldə olunmadığı bildirilir. Xüsusilə komandanın oyun keyfiyyəti və Mourinyunun heyətlə bağlı qərarları tənqid olunur. Bununla belə, portuqaliyalı mütəxəssisin istefaya göndərilməsi ilə bağlı rəsmi qərar açıqlanmayıb. Məlumatda bildirilir ki, klub prezidenti Florentino Peres mümkün əvəzləyici kimi Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamın namizədliyini nəzərdən keçirə bilər. Qeyd edək ki, Mourinyo 2026-cı ilin yayında "Real Madrid"ə qayıdaraq üçillik müqavilə imzalayıb. O, daha əvvəl 2010-2013-cü illərdə Madrid təmsilçisinə rəhbərlik edib. Həmin dövrdə komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. Mourinyunun gələcəyi ilə bağlı vəziyyətin qarşıdakı oyunlardan sonra aydınlaşacağı gözlənilir. "Real Madrid" oktyabrın 21-də UEFA Çempionlar Liqasında "Leypziq"lə, oktyabrın 25-də isə La Liqada "Barselona" ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər