İdman
Xuan Laporta: "Real Madrid"lə münasibətlərimiz artıq qarşıdurma səviyyəsindədir"
"Barselona"nın prezidenti Xuan Laporta "Real Madrid" ilə münasibətlərin kəskin pisləşdiyini bildirib. Oxu.Az xəbər verir ki, klub rəhbəri bu barədə Fransanın "L"Équipe" nəşrinə müsahibəsində danışıb. Laporta iki klub arasında əvvəlki münasibətlərin qalmadığını vurğulayıb: "Artıq münasibətlərimiz yoxdur. Hətta deyərdim ki, hazırda qarşıdurma içindəyik. Onlar diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar". "Real Madrid"in hakimlik məsələləri və "Barselona" ilə bağlı mübahisələr fonunda tutduğu mövqeyinə şərh bildirən klub prezidenti Madrid təmsilçisinin diqqəti başqa məsələlərə yönəltmək istədiyini iddia edib. Laporta "Real Madrid"in həm institusional, həm də idman baxımından etimadını itirdiyini söyləyib: "Onlar diqqəti yayındırmaq istəyirlər, amma buna nail ola bilmirlər. "Real Madrid" həm institusional səviyyədə, həm də meydanda etimadını itirib. Artıq rəhbər strukturlarda təmsil olunmurlar. Düşünürəm ki, yanlış yol seçiblər və bunun bədəlini ödəyirlər".
Mənbə
oxu.az