Cəmiyyət
Kamran Əliyevdən yeni təyinatlar
Baş Prokurorluqda yeni təyinatlar olub. Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. Digər əmrlə Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. Bundan başqa, baş prokurorun müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Mənbə
oxu.az