Cəmiyyət

Sürix–Şanxay reysi məcburi Bakıya eniş etdi

19 Oct 2026, 21:32 1 baxış
Sürix–Şanxay reysi məcburi Bakıya eniş etdi

Bu gün “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə həyata keçirdiyi SWR-188 saylı reysin hava gəmisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.


Heydər Əliyev Beynəlxalq Aeroportundan Axar.az-a bildirilib ki, məcburi enişə səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.


“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı aeroportuna uğurla eniş edib. Sərnişinə hava limanında tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.


Reysin davam etdirilməsi ilə bağlı qərar hava gəmisinin kapitanı tərəfindən veriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər