Digər
"Prior Lizinq" Balakəndə yeni filial açıb
"Prior Lizinq" 2026-cı il oktyabrın 16-da Balakən rayonunun Katex kəndində kənd təsərrüfatı texnikalarının satışı, servisi və ehtiyat hissələrini bir ünvanda cəmləyən yeni filialını istifadəyə verib. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev iştirak edib. O, filialda nümayiş olunan kənd təsərrüfatı texnikaları ilə yaxından tanış olub və təqdim edilən məhsullarla maraqlanıb. Həmçinin tədbirdə digər rəsmi nümayəndələr, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tanınmış bloqerlər və şirkət nümayəndələri iştirak ediblər. Yeni filial Balakən və ətraf ərazilərdəki fermerlərə kənd təsərrüfatı texnikalarının satışı, servis xidməti və ehtiyat hissələrinin təminatı üzrə xidmətlər göstərəcək.
Filialın açılışı "Prior Lizinq"in regionlarda xidmət şəbəkəsinin genişləndirilməsi və kənd təsərrüfatı istehsalçılarının müasir texnikalara çıxış imkanlarının artırılması istiqamətində atılan növbəti addımdır və əsas üstünlüyü fermerlərə texnika seçimindən tutmuş, istismar zamanı yaranan texniki ehtiyacların qarşılanmasına qədər müxtəlif xidmətlərdən eyni məkanda yararlanmaq imkanı verməsidir. Açılış tədbirinin bir digər maraqlı məqamı isə bağçılıqla məşğul olan fermerlər üçün olub. Müasir texnologiyası ilə öz sinfinin premium texnikaları arasında yer alan "Lovol F4100" traktorunun ilk təqdimatı həyata keçirilib və 100 at gücündə mühərriki, ön hissəsinə aqreqatların qoşulmasına imkan yaradan sistemi ilə böyük rəğbət toplayıb. Tədbir zamanı qonaqlara şirkətin texnika çeşidləri, satış imkanları və fermerlər üçün təqdim olunan xidmətlər barədə də məlumat verilib. Açılış tədbiri musiqili qonaqlar, hədiyyələrlə davam edib. Qeyd edək ki, "Prior Lizinq" ASC 2014-cü ildə təsis edilib. Şirkət kənd təsərrüfatı və tikinti texnikalarının, eləcə də yeni nəsil avtomobillərin lizinqlə satışını həyata keçirir. Müasir yanaşma və müştəriyönümlü xidmət prinsiplərinə əsaslanan "Prior Lizinq" təklif etdiyi İtaliya, Türkiyə, İsveç, Çin və sair ölkələrə məxsus brendlərin aqrotexnikaları ilə bu illər ərzində bazarda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Ətraflı məlumat üçün 858 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
{{gallery}}

Mənbə
oxu.az