İqtisadiyyat
Bakının park və həyətləri yenilənəcək - 61 milyonluq müqavilə imzalandı
Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlar başa çatıb. Belə ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC ilə "Xəzər-Construction" MMC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, müxtəlif işlərin görülməsi nəzərdə tutulur. Razılaşmanın ümumi dəyəri 61 milyon 87 min 536 manatdır.
Mənbə
oxu.az