Cəmiyyət

Sabiq komitə sədrinin oteli satışa çıxarıldı - Foto

19 Oct 2026, 12:41 2 baxış
Sabiq komitə sədrinin oteli satışa çıxarıldı - Foto

Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.


Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 6 mərtəbədən ibarətdir.


Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0,06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda “GreenPark” adlı otel kimi fəaliyyət göstərən obyektin minimum satış qiyməti 5 milyon 561 min 890 manat təşkil edir. Obyektin ilkin bazar qiymətinin isə 6 milyon 543 min 400 manat olduğu bildirilir.


Xatırladaq ki, qeyd olunan binada daha əvvəl “İrşad” adlı otel də fəaliyyət göstərib. Bu otelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev tərəfindən inşa olunduğu bildirilir. Hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşir.

Mənbə axar.az

Oxşar Xəbərlər