Digər

Yunanıstanda təyyarə qəzası: iki pilot öldü

18 Oct 2026, 18:34 1 baxış
Yunanıstanda təyyarə qəzası: iki pilot öldü

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub.


Axar.az xəbər verir ki, bu barədə yerli "ERT Nyus" telekanalı məlumat yayıb.


Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəza nəticəsində yanğın baş verməyib. Yanğınsöndürmə xidmətinin operativ mərkəzi hadisə yerinə səkkiz yanğınsöndürən göndərib, onlar əraziyə çatdıqda təyyarənin yanında iki pilotun cəsədini aşkar ediblər.


Hadisənin səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər