Dünya
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi - Video
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit oktyabrın 16-da Selin Dionun Parisdəki "Plenitude Arena"da keçirilən konsertində iştirak ediblər. Bu addım etirazçıların oktyabrın 17-nə planlaşdırdığı ümummilli kütləvi aksiyalardan cəmi bir gün əvvələ təsadüf edib. Oxu.Az bu barədə "Le Parisien" nəşrinə istinadən xəbər verir.
Konsert müğənninin Paris seriyasından olan 15-ci çıxışı olub və şounu 35 minə yaxın tamaşaçı izləyib. Makron cütlüyü zala gözə çarpmadan daxil olub və ayrılsa da, tamaşaçılar onları VIP lojada görüblər. Fransanın birinici xanımının yanında nəvələri Orel, Eliza və Kamilla da olub. Dövlət başçısının bu addımı sosial şəbəkələrdə və siyasi dairələrdə kəskin tənqidlərə səbəb olub. Müxalifət şərhçiləri və istifadəçilər ölkədə kütləvi sosial gərginliyin hökm sürdüyü və aksiyaların başladığı bir vaxtda prezidentin konsertdə əylənməsini "yolverilməz" adlandırıblar.

Mənbə
oxu.az