Digər
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
Albaniya Baş naziri Edi Rama Rusiyanı və İranı ölkədə hazırda geniş miqyasda baş verən etirazlara müdaxilə etməkdə ittiham edib.
Axar.az xəbər verir ki, Rama bu barədə açıqlamasında deyib.
“Xarici müdaxiləyə dair kifayət qədər sübutumuz var. Albaniyaya zərər vermək istəyən, Albaniyanı yalnız özləri üçün əldə etməyə çalışanların hamısı maskaların arxasında gizlənir”, - Rama bildirib.
Qeyd edək ki, artıq beş gündür Albaniyada etiraz aksiyaları fasiləsiz davam edir.
Mənbə
axar.az