Cəmiyyət

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

18 Oct 2026, 16:19 2 baxış
Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib.


Axar.az xəbər verir ki, diplomat bu barədə X sosial şəbəkə hesabında yazıb.


Ukrayna səfiri həmçinin dəstəyə görə Azərbaycana təşəkkür edib.


"Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan!


Ukrayna və Azərbaycan tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyünə qarşılıqlı dəstəklə bağlıdır.


Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!", - paylaşımda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər