Cəmiyyət

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

18 Oct 2026, 13:04 2 baxış
Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişin, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov orada ölüb. Sürücü və avtomobildə olan digər sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər