Digər

15-dən çox enerji obyekti vuruldu, vəziyyət ağırdır

17 Oct 2026, 20:17 2 baxış
15-dən çox enerji obyekti vuruldu, vəziyyət ağırdır

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna hücumlardan birini həyata keçirib. Düşmən 15-dən çox mühüm enerji obyektini hədəfə alıb.


Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib.


Onun sözlərinə görə, Lutsk, Rovno, Jitomir, Vinnitsa, Şepetovka, Slavuta və Netişin şəhərlərində vəziyyət daha ağır olub.


Xarkov və Kiyev vilayətlərində, Dnepr bölgəsində, eləcə də digər vilayətlərdəki enerji obyektləri də hücuma məruz qalıb.


Qeyd edək ki, bundan əvvəl Ukraynanın Energetika Nazirliyi oktyabrın 17-nə keçən gecə və həmin gün səhər saatlarında Rusiyanın ölkənin 10 vilayətindəki enerji obyektlərinə hücum etdiyini bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər